Bakı. Trend:
Azərbaycandan Rumıniyaya mayet təbii qaz (MTQ) nəqli layihəsi üzrə tədqiqat nəticələri gözlənilir.
Trend xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri Vasil Soare Rumıniyanın milli bayramına həsr olunmuş tədbirdə deyib.
"Bərpa olunan enerjinin inkiaşfı və ötürülməsi sahəsində "Black Sea Energy" layihəsinin hazırlığı gedir. Layihə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan formatında Azərbaycanda Xəzər dənizindən Qara dəniz vasitəsilə Konstansa şəhərinə "yaşıl" enerji tədarükünü nəzərdə tutur. Həmçinin, 1 aprel 2023-cü ildən Azərbaycandan Rumıniyaya 1 milyard kubmetr təbii qaz tədarükü üzrə ilk saziş imzalanıb. Bundan başqa, Azərbaycandan Rumıniyaya Gürcüstan və Qara dəniz vasitəsilə MTQ nəqli layihəsinin texniki-iqtisadi əsaslandırmasını gözləyirik", - səfir deyib.
Onun sözlərinə görə, 2022 və 2023-cü illərdə Bakı və Buxarestdə Birgə Hökumətlərarası İqtisadi Komissiya
Onun sözlərinə görə, 2022 və 2023-cü illərdə Bakı və Buxarestdə Birgə Hökumətlərarası İqtisadi Komissiyanın yekunları Rumıniya ilə Azərbaycan arasında əməkdaşlıq üzrə yeni imkan və layihələr müəyyənləşdirib, ticarət dövriyyəsinin təxminən 700 milyon dollara qədər artdığı müşahidə olunub.
Səfir Rumıniya və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verdiyini vurğulayıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)