...

BİRİNCİ YARIMİLDƏ POTİ LİMANI NEFT YÜKLƏRİNİN BOŞALDILMASINI ARTIRIB

Energetika Materials 18 İyul 2005 11:49 (UTC +04:00)

2005-ci ilin birinci yarımilində Gürcüstanın Qara dənizdə yerləşən Poti dəniz limanı 595 min ton neft yükü boşaldıb ki, bu da 2004-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 19,9 min ton və ya 3,4% çoxdur. Bu barədə Trend agentliyinə limana yaxın mənbələrdən məlum olub.

Mənbələrin sözlərinə görə, iyun ayında Poti limanında 110 min ton neft yükü boşaldılıb. Bu isə 2004-cü ilin iyun ayı ilə müqayisədə 4,2% və ya 4,5 min ton çoxdur.

2005-ci ildə liman vasitəsilə neft yüklərinin boşaldılmasını artırmaq və 1,5 mln ton neft məhsulu emal etmək planlaşdırılır. 2002-ci ildən etibarən Poti limanı vasitəsilə aşağıda göstərilən miqdarda neft yükü boşaldılıb:

2002-ci il - 954 min ton;

2003-cü il - 862,7 min ton;

2004-cü il - 1,2 mln ton;

2005-ci il - 1,5 mln ton (proqnoz).

Xəbər lenti

Xəbər lenti