...

POTİDƏ KEÇİRİLƏN ETİRAZ AKSİYASI TOTAL ÜÇÜN DİZEL YANACAĞI YÜKLƏNMƏSİNİ DAVAM ETDİRMƏKDƏ ARDNŞ-Ə MANE OLMAYIB

Energetika Materials 2 Sentyabr 2005 15:24 (UTC +04:00)

ARDNŞ Gürcüstanın Poti limanının keçmiş əməkdaşlarının keçirdiyi etiraz aksiyası nəticəsində limanın işində yaranmış qeyri-sabitliyin neft məhsullarının yüklənməsinə heç bir təsiri olmadığını bəyan edir.

ARDNŞ-də Trend agentliyinə bildirilib ki, hazırda liman vasitəsilə Fransanın Total şirəktinə müqavilə üzrə dizel yanacağı yüklənir. "İşləmək üçün bizə heç nə mane olmur.

Total da bizi dizel yanacağının daşınması çərçivəsində hər-hansı bir çətinlik barədə məlumatlandırmayıb" -deyə ARDNŞ-də bildirilib.

Gürcüstan KİV bildirib ki, sentyabrın 1-də keçirilən etiraz aksiyası səbəbindən Poti limanında iş iflic vəziyyətə düşüb.Limanın təxminən 250 mühafizə əməkdaşıonların iş yerlərinin saxlanılması tələbi ilə küçələrə çıxıb.

Gürcüstan KİV-nin məlumatına əsasən, etiraz aksiyası liman administrasiyasının Poti limanının ərazisinin mühafizəsini şəhərin inzibati polisinə tapşırmağı qərara aldıqdan sonra təşkil edilib.Bununla hazırkı mühafizə əməkdaşlarına təklif edilib ki, inzibati polisdə işə keçsinlər.

Öz növbəsində keçmiş mühafizə əməkdaşları tərəfindən etiraz ona səbəb olub ki, onların əksəriyyətini inzibati polisdə işə qəbul üçün müəyyən edilmiş yüksək tələblər qane etmir.

Xəbər lenti

Xəbər lenti