...

Dövlət Neft Şirkəti Supsadan neft satışı üzrə tender elan edib

Energetika Materials 19 Oktyabr 2005 13:15 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın Supsa limanından Azeri Light növündəne olan neftin satışı üzrə tender elan edib. ARDNŞ-dən Trend ə verilən məlumata görə, tender 1 mlyn. barel neftin (135 min ton) noyabrın 18-19-da yola salınması üzrə elan edilib. "Tenderin bağlanması oktyabrın 22-ə nəzərdə tutulub", - deyə ARDNŞ-dən bildirilib.

ARDNŞ-in bundan əvvəl Supsadan 1 mlyn. barel neftin satışı üzrə elan etdiyi tenderi Türkiyənin Tupras şirkəti udub. Tupras-a qədər 135 min ton Azeri Light neftini Select Energy GMBH şirkəti alıb.

Yanvar-sentyabr aylarında "Azəri-Çıraq-Günəşli" yatağında neft hasilatı üzrə Azərbaycan Beynəlxalq Əməliyat Şirkətinin tərəfdaşları Bakı-Supsa boru kəməri ilə 5,157 mlyn. ton Azeri Light nefti ixrac edib.

Cari ildə ARDNŞ-dən Azeri Light neftini Glencore, Arcadia, Unipetrol, Total, R-Trading, Select Energy və Tupras şirkətləri əldə edib.

Xəbər lenti

Xəbər lenti