...

Naxçıvan Muxtar Respublikasında modul elektrik stansiyasının tikintisi üçün yer ayrılıb

Energetika Materials 20 Fevral 2006 14:23 (UTC +04:00)

Bakıda və Naxçıvanda modul elektrik stansiyasının tikintisi bu ilin sonuna kimi başa çatdırılacaq. Hazırda Naxçıvanda artıq modul elektrik stansiyasının tikintisi üçün yer ayrılıb. Trend in vıerdiyi məlumata görə, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən bildirilib.

Bu stansiyaların tikintisi ilə prezidentin ötən il verdiyi sərəncama görə Azərbaycanda modul stansiyaların tikintisi proqramı başa çatacaq.

Bu ilin avqustunda Şəkidə, sentyabrda isə Xaçmazda belə modul elektrik stansiyalarının tikintisi başa çatacaq. Bundan sonra analoji obyektlərin Bakıda və Naxçıvanda tikintisinə başlanılacaq. Belə stansiyanın tikintisi Astarada bu ilin fevralında başa çatıb.

Xəbər lenti

Xəbər lenti