...

Bureau Ieritas Azeri ARDNŞ-ə konsaltinq xidmətləri göstərəcək

Energetika Materials 6 İyul 2006 13:29 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi gələcəkdə beynəlxalq sertifikatlar almaq üçün İSO 9001:2000 beynəlxalq standartlarının tələblərinə adaptasiya üzrə konsaltinq xidmətlərinin göstərilməsi üçün şirkətin müəyyən edilməsinə dair tender keçirib. Trend in ARDNŞ-ə istinadən xəbər verdiyi kimi, tender proseduru iyunun 29-da keçirilib və qalib Bureau Ieritas Azer şirkətidir.

Hazırda MİƏİ neft və neft məhsullarının ixracı, o cümlədən respublikanın daxili bazarını təmin etməklə yanaşı ölkəyə idxal olunan elektrik enerjisi və təbii qazın dəyərini ödəyir, "Azəri-Çıraq-Cünəşli" yatağından hasil edilmiş və ABƏŞ-in qəbul etdiyi qazı öz borusu vasitəsilə Azərigaz paylayıcı şəbəkələrinə verir, xarici və respublika bankları ilə müxtəlif əməliyyatlar həyata keçirir.

Xəbər lenti

Xəbər lenti