...

AÇG-də neft hasilatı ötən ilə nisbətən təxminən iki dəfə artıb

Energetika Materials 7 İyul 2006 15:23 (UTC +04:00)

2006-cı ilin yanvar-iyun aylarında "Azəri"-"Çıraq"-"Günəşli" (AÇG) dəniz yataqlarının blokunu mənimsəyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) müqavilə sahəsində 10,041 milyon ton Azeri Light növlü neft hasil edib, bu isə 2005-ci ilin yanvar-iyun aylarından 4,993 milyon ton çoxdur. Neft hasilatının artımı onunla izah olunur ki, ötən ilin fevral ayında hasilat "Azəri" yatağının mərkəzi hissəsindən, yanvar ayında isə "Azəri" yatağının qərb hissəsindən başlanılıb.

ABƏŞ-dən Trend ə verilən xəbərə görə, 2006-cı ilin yanvar-iyun aylarında "Çıraq" yatağında neft hasilatı 3,703 milyon ton təşkil edib. 2005-ci ilin yanvar-iyun aylarında isə bu göstərici 3,492 milyon ton olub. "Azəri" yatağında (qərb və mərkəzi hissə) 2006-cı ilin yanvar-iyun aylarında 6,338 milyon ton neft, 2005-ci ilin yanvar-iyun aylarında isə 1,556 milyon ton neft hasil edilib.

2006-cı ilin iyun ayında ABƏŞ-in ümumi neft hasilatı 1,819 milyon ton neft təşkil edib. 2006-cı ilin may ayında bu göstərici 1,851 milyon ton təşkil edib. 2006-cı ilin may ayında "Çıraq" yatağında 642,29 min ton hasil edilməsinə baxmayaraq, iyun ayında bu yataqda 618,853 min ton neft hasil edilib. "Azəri" yatağında (qərb və mərkəzi hissə) 2006-cı ilin may ayında isə 1,209 milyon ton neft, iyun ayında isə 1,200 milyon ton neft hasil edilib.

Xəbər lenti

Xəbər lenti