...

"Rosneft" Azərbaycanda yeni layihələrə ümid edir

Energetika Materials 18 İyul 2006 12:38 (UTC +04:00)

"Rosneft"in Azərbaycan yataqlarının işlənməsi üzrə bir neçə marağı var, lakin hələ şirkət ARDNŞ ilə hər hansı yeni saziş və ya memorandum imzalamayıb. Dövlət Neft Şirkətindən Trend ə verilən xəbərə görə, şirkətlə bəzi məsləhətləşmələr aparılıb.

"Rosneft" şirkətinin başçısı Sergey Boqdançikovun sözlərinə görə, gələcəkdə onun şirkətinin ARDNŞ ilə birgə layihələri olacaq. "Ümid edirəm ki, belə layihələr həm Rusiyada, həm də Azərbaycanda yaranacaq", - deyə Boqdançikov bildirib.

Trend in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, birgə layihələrin olmamasını o, belə izah edib ki, Azərbaycanda yataqların işlənməsi üzrə hərraclar keçirilən zaman "Rosneft"in hərracda qalib gəlmək üçün kifayət qədər vəsaiti olmayıb.

Xəbər lenti

Xəbər lenti