...

Bakının bir sıra rayonlarında EÖX yaxınlığında tikinti qaydaları pozulur

Energetika Materials 17 Avqust 2006 15:37 (UTC +04:00)

Bakının Əzizbəyov, Sabunçu, Qaradağ, Binəqədi və Abşeron rayonlarında yerli icra hakimiyyətləri Azərbaycan Nazirlər Kabinetinin yüksək təzyiqli EÖX yaxınlığında tikinti haqqında sərəncamını kobud şəkildə pozur.

Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin mətbuat xidməti elektrik enerjisinin verilməsi üzrə idarənin rəisi Hacımahmud Abdullayevə istinadən xəbər verir.

Onun sözlərinə görə, SC dəfələrlə bu rayonların rəhbərlərinin diqqətini özbaşınalığın yol verilməzliyinə yönəltsə də, bu nəticəsiz qalıb.

"Biz nə icra hakimiyyətlərində, nə polis orqanlarında, nə də prokuraturada lazımi effekt əldə edə bilməmişik", - deyə G.Abdullayev bildirib

Xəbər lenti

Xəbər lenti