...

ARDNŞ Supsadan Azərbaycanın yüngül neft partiyasını satacaq

Energetika Materials 7 Oktyabr 2006 12:49 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycanın 1 mln barel həcmində AzeriLight növlü mənfəət neftinin satışı üzrə tender elan edib. Bu partiya noyabrın 11-12-də Gürcüstanın Supsa limanından göndəriləcək. Bu barədə Trend ə Dövlət Neft Şirkətindən məlumat verilib.

Tenderin oktyabrın 12-də bağlanması nəzərdə tutulur.

Azərbaycanın mənfəət nefti ilə yüklənmiş əvvəlki iki partiyanı (80 min və 135 min ton) Supsa limanından Addax şirkəti alıb. Ondan qabaq isə Supsa limanından 135 min ton həcmində yüngül neft partiyasını Mitsubishi treyderi may ayında ARDNŞ-dən alıb.

Xəbər lenti

Xəbər lenti