Bu gün Azərbaycanın Sənaye və Energetika Nazirliyində NATO parlament assambleyasının gələcək təhlükəsizlik və müdafiə imkanları üzrə alt komitə nümayəndələri ilə görüş keçirilib. Bu barədə Trend ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı enerji ehtiyatlarının təhlükəsizliyi, neft və qazın Avropaya nəqlinin mühafizəsi, eləcə də enerji təhlükəsizliyinin dünya səviyyəsində yüksəldilməsi məsələləri müzakirə edilib. Nazirlik nümayəndələri alt komitə üzvlərinin suallarına cavab veriblər.
Görüşdə Milli Məclisin deputatı Səyavuş Novruzov da iştirak edib.