...

Brüsseldə enerji təhlükəsizliyi konfransı başa çatır

Energetika Materials 21 Noyabr 2006 19:09 (UTC +04:00)

Bu gün Brüsseldə "Enerji daşıyıcıları tədarükünün ən yüksək təhlükəsizlik səviyyəsini təmin edəcək AB xarici enerji siyasəti istiqamətində" mövzusunda enerji təhlükəsizliyi üzrə ikigünlük beynəlxalq konfrans başa çatır. Bu barədə Trend "RİA Novosti"-yə istinadən xəbər verir.

Avropa komissiyasının sədri Joze Manuel Barrozanın konfransda bəyan etdiyi kimi, Rusiya enerji sahəsində Avropa Birliyinin yeganə olmasa da, mühüm tərəfdaşıdır.

"Rusiya - enerji sahəsində AB üçün mühüm tərəfdaşdır, lakin o, yeganə tərəfdaş deyil və yeganə də olmayacaq, ona görə də AB bizim bir neçə tərəfdaşımızla enerji sazişləri bağlamağa başlayıb", - deyə Barroza bildirib.

Barroza konfransda enerji sahəsində AB və RF arasındakı münasibətlərə də toxunub.

Avropa Komissiyasının başçısı bildirib ki, "bu qarşılıqlı asılılığı bizim xeyrimiz üçün tanımaq və istifadə etmək lazımdır. Bunun üçün transparantlıq, qanunilik, qarşılıqlı olma, bərabər yanaşma tələb olunur", - deyə Barroza bildirib.

Toplantıda ABŞ, Norveç, Türkiyə, Ukrayna və Efiopiyanın nümayəndə heyətləri də iştirak edib. Konfrans iştirakçıları beş mövzunu müzakirə edəcəklər: "Ahəngdar və uyğunlaşdırılmış xarici enerji siyasəti istiqamətində", "AB-nin daxili enerji bazarının xarici qiymətləndirilməsi", "Karbohidrogen tədarükündə problemlər", "Energetika və beynəlxalq ticarət" və "Energetika və inkişaf".

Xəbər lenti

Xəbər lenti