Gömrük komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (MİƏİ) tərəfindən 3 mln. 305 min 12,3 ton neft (44,2%) ixrac olunub. Bu barədə Trend xəbər verir.
Yanvar-oktyabr aylarında MİƏİ 2 mln. 438 min 991,1 ton (89,57%), "Azneftyağ" neft-emalı zavodu 86194,8 ton (3,17%), Middle East Petrol şirkəti 64876 ton (2,38%) və "Monolit-D" şirkəti 28325,6 ton (1,04%) neft məhsulu ixrac edib.