...

Allied Investment Azərbaycanda neft-kimya zavodunun yaradılması ilə bağlı son hesabatını verəcək

Energetika Materials 9 Aprel 2007 19:09 (UTC +04:00)
Allied Investment Azərbaycanda neft-kimya zavodunun yaradılması ilə bağlı son hesabatını verəcək

Azərbaycan, Bakı/f Trend müxbir İ.Xəlilova/ "Azərbaycan investisiya şirkəti" SC Azərbaycanda neft-kimya kompleksinin yaradılması layihəsilə bağlı aprelin 20-21-də Avropa Yenidənqurma və İnkişaf bankının məsləhətçisi Allied Investment Company-nin son hesabatını gözləyir. Bu barədə bazar ertəsi AİŞ-in icraçı direktoru Anar Axundov məlumat verib.

"İstisna olunmur ki, AİŞ-in müşahidə şurasında əlavə suallar yaranarsa, məsləhətçi onları təfsilatı ilə göstərə bilər. Əlavə suallar yaranmayacağı təqdirdə Şura kompleksin yaradılması istiqamətində işlərin davam etdirilməsi barədə qərar qəbul edəcək",-deyə A.Axundov söyləyib.

Son hesabatda neft-kimya müəssisəsinin yaradılmasının müsbət və mənfi tərəfləri, mümkün risklər, Azərbaycan hökuməti üçün dividendlər, potensial maraq dairələri göstəriləcək.

Əvvəlki hesabatda martın 7-də Müşahidə Şurası üçün tqədim olunmuş layihənin ikinci mərhələsində zavodun gücü, yerləşməsi ilə bağlı məsələyə baxılb, burada maya dəyəri ilə bağlı məsələlər detallı şəkildə təsvir olunub.

Allied Investment Company layihənin qiymətləndirilməsini aparıb, amma neft-kimya müəssisənin tikintisində iştirak edəcək şirkətdən asılı olaraq layihədə düzəlişlər etmək mümkündür.

Kompleksin tikintisi 3 mərhələdə nəzərdə tutulub ki, bu da 10 ili əhatə edir. Artıq birinci mərhələnin sonunda məhsul almaq mümkün olacaq, ikinci mərhələ məhsul çeşidinin genişləndirilməsini, üçüncü mərhələ daha dərin genişləndirməni nəzərdə tutur. Qərar qəbulundan sonara birinci mərhələ 2-3 il üçün hesablana bilər.

Zavodun yeri ilə bağlı variantlardan biri onun Sumqayıtda olan və hazırda fəaliyyət göstərən kimya zavodlarında yerləşməsidir.

Azərbaycanda neft-kimya zavodunun yaradılmasının təqribi qiyməti 500 mln. dollardır.

Xəbər lenti

Xəbər lenti