...

CİBC nümayəndə heyəti "Atırau: Neft və Qaz" 6-cı Şimali Xəzər regional sərgisində iştirak edib

Energetika Materials 14 Aprel 2007 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend / Xəzər inteqrasiya işgüzar klubunun (CİBC) və Beynəlxalq nəşriyyat evinin (MİD) nümayəndə heyətləri "Atırau: Neft və Qaz" 6-cı Şimali Xəzər regional sərgisində (11-13 aprel 2007-ci il) və Atırau şəhərində keçirilən 1-ci Qazaxıstan Texnoloji Konfransında (12 aprel 2007-ci il) iştirak ediblər. Bu barədə CİBC-dən məlumat veriblər.

CİBC-in prezidenti və baş icraçı direktoru Telman Əliyevin bildirdiyinə görə, səfər çərçivəsində həmçinin Qazaxıstanın rəsmi şəxsləri və Aktau ilə Atırau akimatlarının təmsilçiləri ilə görüşlər keçirilib. Eyni zamanda sərgi və konfransa qatılan neft-qaz və servis şirkətlərinin rəhbərləri ilə təmaslar olub.

Səfər zamanı bir sıra anlaşmalar da əldə olunub. Konkret olaraq "Caspian Energy Kazakhstan"ın xüsusi buraxılışı ilə bağlı prinsipial razılaşma əldə olunub. Qeyd edək ki, "Caspian Energy Kazakhstan"ın xüsusi buraxılışınin təqdimetmə mərasimi bu ilin oktyabr ayında Almatı şəhərində keçiriləcək. Digər razılaşma isə CİBC-ə daxil olan şirkətlərin, qazax nazirlərinin və bu ölkənin Xəzər sektorunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin iştirak edəcəyi dəyirmi masanın təşkili ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti