...

"Azəriqaz" Ağcabədi rayonunda qaz nəqlinin bərpasına başlayır

Energetika Materials 1 May 2007 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin "Azqaznəql" istehsalat birliyi respublikanın Ağcabədi rayonunda təbii qazın nəqlinin bərpası layihəsi çərçivəsində materialların müsabiqəsini elan edib. "Azəriqaz"dan verilən məlumata görə, müsabiqə mayın 1-da keçiriləcək.

Qeyd edək ki, əvvəllər Ağcabədi rayonu qazla təmin olunurdu. Buraya qaz indi erməni işğalı altında olan Ağdam rayonu ərazisindən keçən boru kəməri ilə ötürülürdü. Hazırda qazın Ağcabədiyə Bərdə rayonundan ötürülməsi nəzərdə tutulur. Müvafiq işlərə bu ilin ortalarında başlanılacağı gözlənilir. İşlər 2007-ci ilin sonunadək yekunlaşmalıdır.

Azərbaycan prezidentinin sərəncamına əsasən, ilin sonuna kimi bütün Azərbaycan rayonları qazla təmin olunmalıdır. Ötən il Lerik və Yardımlı rayonlarının qazla təchizatı proqramı həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti