...

"Gaz de France" Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında qaz hasil etmək niyyətindədir

Energetika Materials 31 May 2007 15:45 (UTC +04:00)
"Gaz de France" Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında qaz hasil etmək niyyətindədir

Azərbaycan, Bakı /müxbir Trend S.Əliyev/Fransanın "Gaz de France" şirkəti Azərbaycanda yeni qaz yataqlarının kəşfiyyatında və "Azəri-Çıraq-Günəşli" yatağında 500 mlrd. kubmetr qiymətləndirilən dərin qaz ehtiyatlarının işlənməsində iştirak etmək niyyətindədir. Bu barədə cümə axşamı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşdə Fransa şirkətinin baş direktoru Alain Azon bəyan edib.

Bundan başqa, "Gaz de France" Azərbaycanda yeraltı qaz anbarlarının genişləndirilməsi layihəsində iştirak etmək niyyətindədir və respublikada qaz paylayıcı şəbəkələri idarəsinə almaq imkanını nəzərdən keçirir.

Şirkət nümayəndələrinin qeyd etdiyi kimi, "Gaz de France" şirkətinin İtaliya və Rumıniyada Azərbaycanın "Şahdəniz" qaz kondensat yatağından qazın satışı üçün infrastrukturu və bazarı var. Bu ölkələrin hər birində "Gaz de France" şirkəti hər il 7-8 mlrd. kubmetr qaz satır. Lakin son zamanlar bu ölkələrə xaricdən qaz çatdırmaları azalıb və Fransa şirkəti bu çatdırmaları "Şahdəniz" yatağının qazı hesabına kompensasiya etmək niyyətindədir.

Azərbaycanın sənaye və energetika naziri Əliyevin qeyd etdiyi kimi, "Gaz de France" şirkəti ilə danışıqlara başlamaq üçün nazirliyin rəhbərliyi tərəfindən hökumətə müraciət edilməsi barədə qərar qəbul olunub.

Fransa şirkəti qaz təminatı üzrə Avropada ən iri şirkətlərdən biridir. Şirkət Avropada təxminən 5 mln. abunəçiyə malikdir. Bundan başqa, şirkət Yaxın Şərq, Şimal dənizi və Mərkəzi Asiyada yataqların kəşfiyyatı və işlənməsi ilə məşğul olur. Hazırda şirkət Qazaxıstanda bir neçə layihə reallaşdırır.

Azərbaycan tərəfindən 1994-cü ildə imzalanmış müqaviləyə əsasən, "BP" və onun "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə əməkdaşları "Fasilə layı"nadək neft horizontlarının işlənməsi hüququna malikdir. Eyni zamanda, müqavilədə qeyd olunduğu kimi, aşağı horizontların işlənməsi başqa müqavilənin predmetidir.

Azərbaycanın digər analoji dəniz yataqlarına demək olar ki, "Fasilə layı"ndan sonrakı laylar, məhz Nadkirmankinsk və Podkirmakinsk və Kala layları qumludur və karbohidrogenlərə malikdir. Azərbaycan geoloqlarının qiymətləndirmələrinə görə, bu, qaz və kondensatdır. Bundan başqa, hadisələrin uğurlu axınında neft haşiyəsi də aşkarlana bilər, bu da əlavə maye karbohidrat ehtiyatları deməkdir.

Xəbər lenti

Xəbər lenti