...

"Azəriqaz" QSC rəhbəri: Abonentlərin 90 faizindən çoxu qaz sayğacları ilə təmin olunub

Energetika Materials 20 İyun 2007 17:02 (UTC +04:00)
"Azəriqaz" QSC rəhbəri: Abonentlərin 90 faizindən çoxu qaz sayğacları ilə təmin olunub

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bu günə "Azəriqaz" qapalı səhmdar cəmiyyətinin abonentlərinin təqribən 96 faizi qaz sayğacları ilə təmin olunub. Bu barədə çərşənbə günü "Qaz təsərrüfatı işçiəri günü"nə (peşə bayramı) həsr olunmuş tədbirdə QSC sədri Əlixan Məlikov bildirib. Bu il Azərbaycanda qaz təsərrüfatının yaradılmasının 71 illiyi qeyd olunur.

Azərbaycanda qaz abunəçilərinin ümumi sayı təqribən 1 mln. nəfər təşkil edir.

Məlikovun sözlərinə görə, hazırda Gəncə şəhərində öncə ödəməli qaz sayğaclarının quraşdırılması pilot layihəsi üzrə işlər davam etdirirlir. QSC sədri indiyə qədər təqribən 4 min sayğac quraşdırıldığını söyləyib.

"Əgər layihənin həyata keçirilməsi müsbət nəticələnərsə, bu cür sistemlər Bakı, Sumqayıt və digər şəhərlərdə də tətbiq olunacaq. Bununla yanaşı bu şəhərlərdəki iistifadə olunan əvvəlki cihazlar respublikanın regionlarında istifadə olunacaq",-deyə o söyləyib.

Bu cür sayğacın quraşdırılmasının dəyəri 144 manatdır. Cihazın öz qiyməti isə 138 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti