...

Azərbaycan MHŞT üzrə altıncı hesabatı təqdim edib

Energetika Materials 28 Avqust 2007 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan Dövlət Neft Fondu tərəfindən çərşənbə axşamı yayılan məlumatda bildirilir ki, Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə altıncı hesabatı təqdim edib. Hesabata neft və qazın hasilat səviyyəsi, auditor şirkətlərinin hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və 95 artıq qeyri-hökumət təşkilatının (QHT) təqdim olunan maliyyə hesabatlarının təhlilinə əsaslanan rəyləri daxildir.

Hesabat "Moore Stephens" şirkətinin auditi əsasında hazırlanıb.

Fondun məlumatında bildirildiyi kimi, altıncı hesabat avqustun 24-ü memorandum tərəflərinə təqdim olunub.

"Moore Stephens" hesab edir ki, təqdim olunmuş hesabat bütün tələblərə cavab verir.

Xəbər lenti

Xəbər lenti