...

bp Abşeron yarımadası ətrafında dayazsulu sahə daxilində kəşfiyyat qazma fəaliyyətləri üçün sənədin müzakirəsini təxirə salıb

Maliyyə Materials 29 Sentyabr 2020 14:42 (UTC +04:00)

Bakı. Trend:

Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahə daxilində kəşfiyyat qazma fəaliyyətləri üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə 30 sentyabr 2020-ci il tarixinə planlaşdırılmış açıq virtual görüş internet bağlantısında yaranmış çətinlikləri nəzərə alaraq təxirə salınır.

Bu barədə Trend-ə bp-dən məlumat verilib.

Görüşün nə vaxt keçiriləcəyi haqqında əlavə məlumat ictimaiyyətə çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti