...

"Yaşıl keçid" Azərbaycanın milli prioritetləri sırasındadır - Muxtar Babayev

Yaşıl iqtisadiyyat Materials 15 Aprel 2024 11:30 (UTC +04:00)
"Yaşıl keçid" Azərbaycanın milli prioritetləri sırasındadır - Muxtar Babayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COP29-un Azərbaycanda keçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən, iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq İctimaiyyətin etimadının təzahürüdür.

Trend xəbər verir ki, bu barədə COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29 Sədrliyinin ilk mətbuat konfransı zamanı çıxışında bildirib.

“Ölkəmiz COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdirəcək”,- deyə o bildirib.

M.Babayev yaşıl keçidin Azərbaycanın milli prioritetləri sırasında olduğunu da bildirərək xatırladıb ki, ölkəmiz metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirib.

Xəbər lenti

Xəbər lenti