...

The Economist Intelligence Unit "Elektron hazırlıq" üzrə reytinq cədvəlində Azərbaycanın mövqeyi zəifləyib

Telekommunikasiya Materials 5 May 2008 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir S.Babayeva / Məhşur The Economist Intelligence Unit nəşri tərəfindən hazırlanan reytinq cədvəlinə görə Azərbaycan 2007-ci ildə "Eektron hazırlıq" (e-readiness) üzrə tutduğu 68-ci yerdən bir pilə geriləyib. Reytinq cədvəlinə cəmi 70 ölkə daxil olunub.

MDB ölkələrindən reytinqdə Qazaxıstan (64-cü yer) və Rusiya (57-ci yer) iştirak edir.

TOP - onluğa ABŞ (8.95bal), Honkonq (8.91bal), İsveç (8.85bal), Avstraliya (8.83 bal), Daniya (8.83 bal), Sinqapur (8.74bal), Niderland (8.74bal), İsveçrə (8.67bal) və Avstriya (8.63 bal) daxildir.

Sonuncu yerdə 3,18 balla İran yerləşib.

Elektron hazırlıq - informasiya kommunikasiya texnologiyalarının infrastruktur keyfiyyəti, onun istehlakçılar, biznes strukturları və hökumətlər tərəfindən istifadə dərəcəsinə qiymət verir.

Reytinq cədvəliIBM Institute for Business Value ilə birgə hazırlanıb.

Xəbər lenti

Xəbər lenti