...

Azerfon yeni rominq-sazişlər bağlayıb

Telekommunikasiya Materials 3 Sentyabr 2008 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr/ Trend / Çərşənbə günü Azərbaycanın mobil rabitə operatoru Azerfon (Nar Mobile ticarət nişanı) əməkdaşlıq haqqında yeni rominq sazişlərinin bağlandığını elan edib. Şirkətin məlumatında bildirilir ki, son ay ərzində bağlanan yeni sazişlər Fransa, Rusiya, Slovakiya və Taylandda rominq şəbəkəsinin genişləndirilməsinə imkan verib.

İndi Nar Mobile-ın bütün tarif planlarının istifadəçiləri Rusiya, Fransa və İsraildə olarkən beynəlxalq GPRS rominq xidmətindən yararlana bilərlər. Vimpelcom (Rusiya), Orange (Fransa) və Cellcom (İsrail) operatorları Nar Mobile-ın yeni tərəfdaşlarıdır.

Slovakiyanın T-Mobile və Taylandın True Move operatorları ilə də yeni birbaşa rominq müqavilələri imzalanıb.

Rominq xidmətlətinin aktivləşdirilməsi üçün müştərilərin Nar Mobile Mərkəzlərinə müraciət etməsi kifayətdir. Rominqdən istifadə üçün Nar Mobile abunəçidən əlavə depozit yatırımı tələb olunmur. Bu gün Nar Mobile-ın beynəlxalq rouminq zonası dünyanın 400 - dən artıq mobil operatorunu əhatə edir.

AZERFON MMC (Nar Mobile ticarət nişanı) şirkətinə Azərbaycan ərazisində GSM standartlı mobil rabitə xidmətləri göstərilməsi üçün 2005 - ci ilin dekabrında lisenziya alıb. Şirkət 2007 -ci il martın 21- də fəaliyyətə başlayıb. Hazırda Nar Mobile şəbəkəsindən 500 mindən çox abunəçi istifadə edir.

Xəbər lenti

Xəbər lenti