...

Azərbaycan milli rabitə peykinin buraxılışına hazırlaşır

Telekommunikasiya Materials 29 Oktyabr 2008 19:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Azərbaycan 2011-ci ilə milli peyk üçün orbital mövqe ala biləcək", - rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov çərşənbə günü Qarşılıqlı Rouminq Ekspertləri Qrupunun (QREQ) illik iclasında bildirib.

"Hazırda nazirlik Azərbaycana peyk üçün mövqe verilməsi barədə Beynəlxalq Telekommunikasiya İttifaqı ilə danışıqlar aparır", - nazir müavini bildirib.

Məmmədovun sözlərinə görə, Rabitə Nazirliyi milli peykin buraxılışına hazırlıq üzrə əməkdaşlıq protokolları imzalayıb.

Azərbaycanın şəxsi rabitə peykini - AzerSat-ı buraxması yeni xidmətlərin təklif edilməsi və onların təhsil, səhiyyə, biznes, dövlət sektorunda tətbiqinə imkan yaradacaq, - Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Hamadun Ture (Hamadoun Toure) əvvəllər Trend -a müsahibəsində bildirib. Onun sözlərinə görə, peyk birləşməsinin mümkünlüyü "sahibkarlıq ruhu və sərmayə axını" yaratmağa kömək edəcək.

AzerSat layihəsi 80 -100 mln. dollar dəyərləndirilir. Peyk hazırlandıqdan sonra Baykonur kosmodromundan (Qazaxıstan) orbitə buraxılacaq. Peykin əhatə dairəsinə Avropa və Asiyanın bir hissəsi - Qazaxıstan, Türkmənistan, İranın daxil olacağı güman edilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti