Azərbaycan, Bakı, 14 noyabr/ Trend / Azərbaycanın iri mobil rabitə operatoru "Azercell Telecom" və Boliviyanın "Nuevatel" operatoru beynəlxalq rouminq üzrə rabitə xidməti istifadəyə veriblər. Şirkətin məlumatında bildirilir ki, bu, Boliviyadan olan mobil operator ilə bağlanan ilk rouminq müqaviləsidir.
3,5 mln. abunəçiyə malik "Azercell Telecom" dünyanın 145 ölkəsindən olan operatorlar ilə rouminqə dair 360 müqavilə imzalayıb.