...

UniNet ADSL-in əhatə zonasını genişləndirir

Telekommunikasiya Materials 21 Avqust 2009 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir H.Vəliyev /

UniNet-in növbəti DSLAM-ı (Digital Subscriber Line Access Multiplexer) ATS 406-da yerləşdirilib. Bu da sentyabrdan etibarən telefon stansiyasının fəaliyyət zonasında ADSL texnologiyası ilə internet şəbəkəsinə geniş zolaqlı giriş xidməti göstərməyə imkan verəcək. Bu barədə şirkətin məlumatında deyilir.

UniNet quraşdırılmış avadanlıq sayəsində şəbəkənin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirməyi, paytaxtın bütün ərazisi üzrə genişzolaqlı giriş xidməti göstərməyi planlaşdırır. Hazırda xidmət paytaxt ATS-lərinin 75-də verilir.

ADSL-in fəaliyyət zonasının genişləndirilməsi genişzolaqlı girişə tələbatın daim artması ilə izah olunur. Yaxın gələcəkdə şirkət sözügedən xidmətin fəal irəlilədilməsi ilə coğrafi iştirakın gələcək genişləndirilməsini planlaşdırır.

Yaxın zamanlarda xidmətin bu növünə tariflərin azalması gözlənilir. Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bəyanatına əsasən, növbəti azalma sentyabrda gözlənilir. İlkin məlumata görə, ADSL girişinə tariflər 30-50 faiz azalacaq. Bir neçə ilkin provayderlərlə qiymətlərin azalmasına dair razılıq əldə olunub.

Respublikada genişzolaqlı internetin qiymətləri regionda orta hesab olunur. Lakin işgüzar fəalllığın artması nəzərə alınaraq, qlobal şəbəkəyə girişin tarifləri gələcəkdə də mərhələlərlə azalacaq.

İlin əvvəlində qəbul edilmiş qərara müvafiq olaraq, 2 Mbit/san. ilə şəhərdaxili rəqəmli kanalların (portların) istifadəyə verilməsi üzrə digər təşkilatlar (büdcə təşkilatlarından başqa) üçün tariflər 1200-dən 600 manatadək (50 faiz) azaldılacaq. Bu kanallardan aylıq istifadə tarifləri isə 320-dən 300 manatadək (6,3 faiz) azaldılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti