...

Azəricard prossesinq mərkəzi İnternet ticarəti sahəsində növbəti layihə təqdim edib

Telekommunikasiya Materials 18 Sentyabr 2009 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir H.Vəliyev /

Azəricard prosesinq mərkəzi Aztime şirkəti üçün elektron ticarət sistemi tətbiq edib, Azəricard-ın məlumatında deyilir.

Aztime şirkəti AWS brendinin sahibi və Charmex, Jacques, Lemans, Japan CBM Corporation, Rodania, Alfex и Cimier saat brendlərinin rəsmi distrübüteridir.

Alınan malın ödənilməsi beynəlxalq ödəmə sistemi Visa International və Master Card-ın plastik kartları vasitəsilə həyata keçirilir. Bank kartının daxil edilən məlumatları 3D Secure təhlükəsizlik texnologiyası sistemi vasitəsilə qorunur.

3DSecure təhlükəsizlik standartı Visa və MasterCard tərəfindən internet şəbəkəsində kartlar üzrə təhlükəsiz servislərin hazırlanmasında istifadə olunub. 3DSecure texnologiyası ödəmələrin ən qabaqcıl standartıdır və dələduzluq riskini sıfıra endirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti