...

Azərbaycanda İKT-nin davamlı inkişafı ölkə iqtisadiyyatının stabilliyi ilə əlaqəlidir - HP

Telekommunikasiya Materials 2 Noyabr 2009 12:17 (UTC +04:00)
Azərbaycanda informasiya kommunikasiyaları bazarının davamlı inkişafı ilk növbədə ölkə iqtisadiyyatının satbilliyi ilə əlaqəlidir, bu barədə HP-nin MDB ölkələri üzrə baş direktoru Rusi Kozak bildirib, İKT informasiya mərkəzi yazır.
Azərbaycanda İKT-nin davamlı inkişafı ölkə iqtisadiyyatının stabilliyi ilə əlaqəlidir - HP

Azərbaycan, Bakı, 02 noyabr / Trend , müxbir H.Vəliyev /

Azərbaycanda informasiya kommunikasiyaları bazarının davamlı inkişafı ilk növbədə ölkə iqtisadiyyatının satbilliyi ilə əlaqəlidir, bu barədə HP-nin MDB ölkələri üzrə baş direktoru Rusi Kozak bildirib, İKT informasiya mərkəzi yazır.

Onun sözlərinə əsasən, bütün dünya üzrə maliyyə bazarındakı dəyişikliklər fonunda Azərbaycanda stabil iqtisadiyyat ölkədəki fəaliyyət üçün daha münasib şərait yaratmağa imkan verir. Məhz əlverişli iqtisadi şərait, maliyyə böhranı əlamətlərinin olmaması, milli valyutanın stabilliyi uğurlu biznes üçün yaxşı imkanlar yaradır.

Kozak bildirib ki, stabil iqtisadiyatı sayəsində 2009-cu maliyyə ilində HP şirkətinin Azərbaycan üzrə göstəriciləri müsbətdir. İKT tətbiqi sahəsində böyük layihələrin həyata keçirilməsi, həmçinin kompyuter və digər avadanlıqların satışının artımını müsbət qiymətləndirmək olar.

Onun sözlərinə əsasən, İKT sahəsindəki məhsullar, xidmətlər və həllərə olan tələbat stabil iqtisadiyyatın sübutudur. Azərbaycandan fərqli olaraq bəzi MDB ölkələrində bir çox istiqamətlər üzrə göstəricilər aşağıdır.

HP-nın Azərbaycanda məhsulları və həllərinə olan tələbat artımı strukturunu xarekterizə edərək Kozak bildirib ki, daha yüksək artım server həllərində müşahidə edilir ki, bu da iqtisadiyyatın vəziyyətinin yaxşı olmasına sübutdur. O, həmçinin "Xalq Kompyuteri" layihəsinin uğurunu da yüksək qiymətləndirib. Layihə çərçivəsində kredit faizi olmadan 12 ay müddətinə ödəmə imkanı ilə kompyuterlərin alınması üçün əlverişli imkanlar yaradılıb. Hazırda bu layihədə müəllimlər iştirak edir, lakin yaxın zamanda layihənin bu əlverişli imkanlarla kompyuter ala biləcək geniş ixtisas siyahısı olan növbəti mərhələsi başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti