...

Azərbaycanın GSM operatorları bu ilin birinci yarısının sonunadək 3G standartı üzrə lisenziya alacaqlar - nazir

Telekommunikasiya Materials 9 Aprel 2010 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilin birinci yarısının sonunadək Azercell və Bakcell şirkətlərinə 3G standartları üzrə rabitə xidmətlərinin göstərilməsi üçün lisenziya verəcək. Bunu cümə günü rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, hazırda şirklətlərin lizenziya almaq üçün müraciətlərinə Azərbaycanın Radiotezliklər İdarəsi ilə birlikdə baxılır.

Lisenziyanın hökumət tərəfindən müəyyən olunmuş rəsmi qiyməti 11 min manat təşkil edir.

Hazırda 3G standartı üzrə rabitə xidməti göstərmək üçün lisenziyaya yalnız Azerfon şirkəti malikdir.

Lisenziya alan operatorlar infrastruktura xeyli vəsait qoymalı olacaqlar. Onlar bütün şəbəkə avadanlığını, kommutatorları, hər bir baza stansiyasını modernləşdirməlidirlər.

Bundan əvvəl Azercell Telecom-un prezidenti Əli Ağanın verdiyi məlumata görə, bu il Azercell-in Azərbaycanın telekommunikasiya sektoruna investisiyalarının həcmi 70 milyon təşkil edəcək ki, bu da 2009-cu ildə qoyulmuş investisiyaların həcmindən 12,1 milyon manat çoxdur.

Şirkətin planlarına 3G standartlarını əhatə edən 300 baza stansiyasının qurulması daxildir. Üçüncü nəsil standartın tətbiqindən sonra Azercell-in mövcud abonentlərinin nömrələri 3G standartları üzrə olacaq.

Abonentlərin qoşulması qısa məlumatların göndərilməsi yolu ilə həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti