...

Azərbaycanın rabitə operatoru Bərdə rayonunun telekommunikasiya qovşağının elektronlaşdırılmasını başa çatdırır

Telekommunikasiya Materials 21 İyun 2010 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyi Bərdə rayonunun telekommunikasiya qovşağının elektronlaşdırılması işini başa çatıdırır. Bu barədə bazar ertəsi Trend-ə nazirlikdən bildiriblər.

Məlumata əsasən, beş kənd ATS-i istisna olmaqla, hazırda rayonun bütün telefon stansiyaları operatora ənənəvi telefon xidmətləri göstərməklə yanaşı, xidmətlərin səviyyəsini artırmağa və abunəçilərə digər multimedia və genişzolaqlı rabitə xidmətləri təqdim etməyə imkan verən elektron iş rejiminə keçib.

Telefon qovşağının elektronlaşdırılması operatora şəbəkənin nömrə tutumunu 16,5 minə qədər artırmağa imkan yaradıb.

Bu gün Bərdə rayonunda hər 100 ailəyə 51 ədəd telefon aparatı düşür, xidmət satışından gələn orta aylıq gəlir isə bir abunəçi üçün 5,2 manat təşkil edir.

Beş aylıq fəaliyyətin yekunlarına əsasən dövlət büdcəsinə 112 min manat keçirilib.

Xəbər lenti

Xəbər lenti