...

2011-ci ildə Azərbaycanın İKT bazarının perspektivləri – ekspert icmalı

Telekommunikasiya Materials 25 Dekabr 2010 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir H.Vəliyev/

2010-cu ildə Azərbaycanın informasiya texnologiyaları bazarında artım 30 faiz təşkil edib. Azərbaycan iqtisadiyyatının əsas artım katalizatorunun neft sektoru olmasına baxmayaraq, informasiya texnologiyaları ildən-ilə öz potensialını artırır. Sektor üzrə gəlirlər sabitdir artır, artımla bağlı tələb də artır.

Dünya maliyyə-iqtisadi böhranına baxmayaraq, Azərbaycanın IT bazarında artım müşahidə olunur.

2010-cu ildə telekommunikasiya bazarında ciddi dəyişiklik baş verməyib və artım əvvəlki kimi mobil rabitə hesabına gedir. Genişzolaqlı çıxış bazarında mühüm irəliləyişlər qeydə alınıb, məhz 2010-cu ildə öz inkişafına başlayan 3G, WiMAX kimi perspektivli texnologiyalar meydana çıxıb və inkişaf edib. Bütün bunlar qarşıdakı 2011-ci ildə müsbət dəyişikliklərin baş verəcəyinə ümid etməyə imkan verir.

Trend BİA Azərbaycanda İKT sektorunun inkişafı ilə bağlı bu sahənin inkişafına dair aparıcı ekspertlərin proqnozalrını təqdim edir.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliynin Elmi potensial və strateji planlaşdırma şöbəsinin direktoru İsfəndiyar Əliyev

Artım templərinin bir qədər azalaraq 14 faiz təşkil etdiyi 2009-cu ildən fərqli olaraq 2010-cu ildə rabitə və informasiya texnologiyaları sektorunda 30-32 faizlik artımın olacağı gözlənilir ki, bu da orta dünya göstəricilərinin üç dəfə üstələyir. Artım templəri gələn il də saxlanacaq.

Bu il bir sıra dövlət əhəmiyyətli mühüm layihələrin qəbul edilməsi nöqteyi-nəzərindən 2010-cu il səmərəli olub. 2010-2011-ci illərdə respublikada "Elektorn hökumət"in formalaşdırılması üzrə fəaliyyət proqramı, "2010-2012-ci illərdə rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı (Elektorn Azərbaycan)"onların sırasındadır. Azərbaycanda kosmik sənayenin yaranmasında da əhəmiyyətli irəliləyişlər olub. Ümumi telefon şəbəkəsinin elektronlaşdırılması üzrə işlər də başaçatma mərhələsindədir. "Şərq-Qərb" transmilli informasiya magistralının tikintisi üzrə də əhəmiyyətli nəticələr əldə olunub.

Qarşıdakı ildə bütün bu layihələr və proqramlar üzrə işlərin davam etdiriləcəyi gözlənilir. Həmçinin, gələn il respublikada "Elektron hökumət" infrastrukturlarının formalaşması, elektron-rəqəmli imzaların verilməsi mərkəzlərinin istismara verilməsi, elektron xidmətlərə keçidin sürətləndirilməsi, "Şərq-Qərb" transmilli informasiya magistralının yaradılması layihəsi üzrə konkret işlərin görülməsi, regional innovasiya zonalarının tikilməsi layihəsinin reallaşdırılması və s. üzrə işlərin sürətləndiriləcəyi gözlənilir.

Azərbaycanın İnternet Cəmiyyətinin rəhbəri Qalib Qurbanov

2010-cu ildə Azərbaycanda İnternet bazarı sürətləndirilmiş templərlə inkişaf edib. Əvvəlki ikllə müqayisədə bu il bir sıra fərqlərə malikdir. Genişzolaqlı xidmətlər sahəsində əhəmiyyətli irəliləyişlər qeyd olunub, bir çox provayderlər tərəfindən ümumi telefon şəbəkəsi vasitəsilə modemdən istifadə etməklə İnternetdən istifadə xidmətlərini xeyli azaltmalarına baxmayaraq, istifadəçilərin əksəriyyəti əvvəlki kimi "Dial up"a qoşulurlar. Bu istiqamətdə vəziyyət artıq qarşıdakı ildə dəyişə bilər. Azərbaycanda genişzolaqlı İnternetin inkişafı üzrə dövlət strategiyasının işlənməsi "Dial up" qoşulmalarının azalmasına əhəmiyyətli töhvə verir.

Həm Bakıda, həm də regional səviyyədə simsiz istifadə xidmətləri sürətli templərlə inkişaf edir.

Lakin əgər kontent özü yoxdursa, kompüterləşmə və sürətli İnternetin təmin olunması kifayət etmir. Genişzolaqlı çıxışın mövcudluğu hədəf deyil, bu yalnız intellektual səviyyənin və xalqın rifahının təmin olunması məqsədilə adamların kontent xidmətlərindən daha səmərəli istifadə etmələri üçün sürətli informasiya mübadiləsi  vasitəsidir. Məhz bunun üçün genişzolaqlı infrastrukturun mövcudluğu zamanı elektron bankçılıq, elektron ticarət, məsafəli təhsi və s. kimi online xidmətlərin siyahısının olması tələb olunur.

Sürətləndirilmiş İnternetin inkişafı üçün provayderlərin təklif etdikləri xidmətlərin keyfiyyətinin yüksəldilməsi və müqvafiq olaraq tariflərin daha çox azaldılması da tələb olunur. Güman edirəm ki, bütün bunlar hamısı yeni strategiyada öz əksini tapacaq. Çünki bu təşəbbüs bilavasitə dövlət tərəfindən irəli sürülüb.

"Microsoft Azerbaijan"ın nümayəndəliyinin rəhbəri Teymur Axundov

Azərbaycanda informasiya texnologiyalarına maraq və İT-in praktiki olaraq ölkə həyatının bütün sahələrində, dövlət təşkilatlarında, özəl şirkətlərdə, böyük kommersiya təşkilatlarında və s. istifadəsinin başa düşülməsi əhəmiyyəti getdikcə artmaqdadır. Bu vəziyyət sözsüz ki, bizi sevindirir. Bu ondan xəbər verir ki, biz düzgün istiqamətdə hərəkət edirik.

Bu gün təşkilatların çoxu artıq fikirləşmədən informasiya sistemlərinin zəruriliyini görürlər və onun praktiki tətbiqinə başlayırlar. Anlaşma mövcuddur və biz dövlət və kommersiya qurumlarında konkret və real layihələrə keçməyə ehtiyac olduğunu görürük.

Biz Azərbaycanın Təhsil və Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri ilə sıx əməkdaşlıq edirik.

Bir neçə il bundan əvvəl informasiya texnologiyalarının ideya və məqsədlərindən söhbət gedirdisə və yalnız məktəblərə kompüterlərin tədarükündən danışırdılarsa, bu gün isə artıq öz həyat qabiliyyətini göstərən uzaq məsafədən idarə olunan təlim haqqında danışırlar.

Bu gün həm mütləq, həm də nisbi rəqəmlərdə artım göz qabağındadır. "Microsoft"un məhsulları haqqında danışanda, söhbət lisenziyalaşdırılmış proqram təminatından dövlət təşkilatlarında, böyük şirkətlərdə, kiçik və orta biznesdə istifadəsindən gedir. Güman edirəm ki, bu irəliləyiş gələcəkdə ev istifadəçilərinə də çatacaq. Bunların hamısı bilavasitə Azərbaycanda ildə orta hesabla iki faiz azalan piratçılığın səviyyəsinin azalmasına təsir edir. Bu ondan da xəbər verir ki, tendensiya var və biz onun gələcək artımını gözləyirik.

Biz 2011-ci ilə çox müsbət əhval-ruhiyyə ilə gedirik və yeni məhsullarımızın uğurlu irəliləyişini gözləyirik. Bunlar Windows 7 yeni əməliyyat sistemi, Microsoft Office 2010 SharePoint 2010 ofis paketidir. Biz həm dövlət təşkilatları, həm də böyük kommersiya qurumları ilə sazişlərin imzalanmasını, ölkədə piratçılqı səviyyəsinin azalmasını və ümulikdə bu sahədə dəyişiklik və yaxşılaşma gözləyirik.

"HP Azerbaijan" nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov

Bu ili iqtisadi böhrana görə ölkələrin çoxunun biznes üzrə "çökmələrinə" baxmayaraq, müsbət qiymətləndirirəm. Buna baxamayaraq, Azərbaycan biznesin artımı üzrə MDB ölkələri arasında birinci yeri tutub.

Ölkədə pərakəndə satış yaxşı inkişaf edib. 2010-cu ildə "Pavilion" seriyalı portativ kompüterlərin satışı xeyli artıb, standart arxitekturanın serverləri üzrə də çox yüksək artım müşahidə edilib. Ümumilikdə bazar gözləntilərimizi ötərək, artıb.

Əlbəttə, böhran hiss olunurdu, lakin biznesin azalmasında deyil, daha çox biznesin optimallaşdırılamsında hiss edilib. Sifarişçilər İT investisiyalrın müzakirəsinə bir qədər başqa tərəfdən yanaşıblar. Əvvəllər nədə qənaət etməyin lazım olduğunu fikirləşmədən hər şey alınırdısa, bu il sifarişçi nəyisə almazdan əvvəl ilk növbədə investisiyaların qaytarılmasını nəzərə alaraq, İT infrastrukturu qiymətləndirib. Yəni, lazımi olduğu qədər investisiya edilib və bu gün gələcəkdə dəyişikliklər və artım nəzərə alınmaqla, biznesin qorunması üçün effektiv olan sistemlər alınıb. Kompüterlər bazarına gəldikdə, bu il masaüstü sistemlərlə müqayisədə birmənalı olaraq daha çox portativ kompüterlər satılıb.

2011-ci ildə biz inkişaf tendensiyasının qorunacağını gözləyirik. Sözsüz, heç bir sifarişçi İT mühitin inkişafına və modernləşdirilməsinə vəsaitlərin ayrılmasından imtina etməz, çünki o, bilavasitə biznesin inkişafı ilə bağlıdır. Mənə elə gəlir ki, gələn il bazar bu və ya digər İT qərarların tətbiqinə daha əsaslı yanaşacaq. Sifarişçilər bu il olduğu kimi, öz investisiyalarında səmərəli olacaqlar. Bununla yanaşı, biz dövlət sektorunda və təhsil sahəsində telekommunikasiya bazarının daha böyük inkişafını gözləyirik. Telekommunikasiya bazarları haqda danışanda güman edirəm ki, Azərbaycanın mobil operatoru Azercell şirkətində 3G standartının tətbiqi həm operatorun, həm də bizim biznesimizin gələcək inkişafına təsir göstərə bilər.

Azərbayacan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev

Bu il informasiya texnologiyaları bazarının vəziyyətini mən çox yüksək qiymətləndirərdim. Bu il müxtəlif sahələrdə böyük uğurlar qazanılıb. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi layihələr öz bəhrəsini verir.

Bu il elm sahəsində, təhsil, elm sistemində, dövlət müəssisələrində və ümumilikdə cəmiyyətdə informasiya texnologiyalarının geniş tətbiqində böyük uğurlar qazanılıb. Bütün bunlar ölkədə informasiya texnologiyalarının dinamik inkişafından xəbər verir. Getdikcə daha çox neft-qaz sektoruna alternativə çevrilən İKT sektoru üzrə iqtisadi göstəricilər də cəlbedicidir.

Bu il Azərbaycan Milli Elmlər Akademiyası Trans-Avropa Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyasının (TERENA) tamhüquqlu üzvü seçilib, elmi kompüter şəbəkəsinin yaradılamsı layihəsi çərçivəsində AzScienceNet tərəfindən kompüter insidentlərinə reaksiya üzrə AZ-CERT komandası yaradılıb, AzScienceNet-in şəbəkəsi TERENA-ya qoşulub.

Dövlət rəhbəri tərəfindən təsdiq edilən İKT və dövlət proqramlarının inkişaf strategiyası çərçivəsində hər bir struktur qarşısında informasiya texnologiyalarının tətbiqi üzrə konkret vəzifə qoyulub. Elmlər Akademiyası bu ili böyük uğurla başa vurub və heç şübhəsiz ki, gələn ildə də Azərbaycan İKT sahəsində əhəmiyyətli nəticələr əldə edəcək və bundan sonra da qlobal informasiya cəmiyyətinə inteqrasiya edəcək.

Xəbər lenti

Xəbər lenti