...

MDB-də bu il ilk dəfə Azərbaycan ÜPİ-nin qızıl sertifikatını alıb

Telekommunikasiya Materials 18 May 2011 13:21 (UTC +04:00)
Azərbaycanın dövlət poçt rabitəsi operatoru "Azərpoçt" MMC-nin "Azərekspresspost" MMC exspress poçt xidməti Ümumdünya Poçt İttifaqının (ÜPİ) qızıl sertifikatını alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.
MDB-də bu il ilk dəfə Azərbaycan ÜPİ-nin qızıl sertifikatını alıb

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın dövlət poçt rabitəsi operatoru "Azərpoçt" MMC-nin "Azərekspresspost" MMC exspress poçt xidməti Ümumdünya Poçt İttifaqının (ÜPİ) qızıl sertifikatını alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.

Sertifikat aprelin 26-dan mayın 13-dək Berndə keçirilən ÜPİ-nin yaz sessiyası zamanı təqdim edilib.

MDB ölkələri arasında bu il ilk dəfə poçt operatorunun ekspres xidməti ÜPİ-nin qızıl sertifikatına layiq görülən ölkə Azərbaycan olub.

Hər il müstəqil auditorlar hər ölkədə EMS xidmətinin işinin keyfiyyətini yoxlayırlar və reytinq tərtib edirlər. Həmin reytinqə müvafiq olaraq qızıl, gümüş və bürünc sertifikatlar verilir.

Azərbaycanın EMS-operatoru "Azərekspresspost" artıq beşinci dəfədir ki, qızıl sertifikatla mükafatlandırılır.

ÜPİ-nin İnzibati Şurasının və Poçt İstismarı Şurasının üzvü olan Azərbaycan hər iki strukturda keçirilən müzakirələrdə iştirak edib.

Poçt Əməliyyatları Şurasının komissiya və qruplarının iclasları ilə yanaşı, ÜPİ-nin yaz sessiyasında rabitə departamentlərinin işçi qruplarının toplantıları da keçirilib. İştirakçılar poçt rabitəsi sektoru üzrə aktual məsələləri müzakirə ediblər və ÜPİ Poçt Əməliyyatları Şurasının plenar iclasını keçiriblər. Həmin toplantı zamanı görülən işlər üzrə rəylər verilib.

Azərbaycanın nümayəndələri sessiyada respublikanın poçt sektorunda ÜPİ texniki dəstəyi ilə həyata keçirilən bir sıra layihələr haqqında məruzə ilə çıxış ediblər. BMT-nin bu ixtisaslaşdırılmış strukturunun rəhbərliyi ilə əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti