...

"Ailə TV"-dən "Ailə-yə qoşul LCD TV qazan" lotereyası davam edir

Telekommunikasiya Materials 26 Oktyabr 2011 11:13 (UTC +04:00)
Azərbaycanın ilk rəqəmsal kabel televiziyası operatoru olan "Ailə TV" "Ailə-yə qoşul LCD TV qazan" lotereyasının davam etdiyini bildirir. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.
"Ailə TV"-dən "Ailə-yə qoşul LCD TV qazan" lotereyası davam edir

Azərbaycan, Bakı, 26 oktyabr / Trend /

Azərbaycanın ilk rəqəmsal kabel televiziyası operatoru olan "Ailə TV" "Ailə-yə qoşul LCD TV qazan" lotereyasının davam etdiyini bildirir. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Qeyd edək ki, müddətsiz olaraq həyata keçirilən lotereya bütün rəqəmsal yayım abunəçilərinə 10 ədəd LCD TV televizor qazanmaq imkanı verir. Məlumat üçün bildirək ki, lotereyada rəqəmsal yayımı izləyən abunəçilər və yeni rəqəmsal dəsti əldə etmiş müştərilər, eyni zamanda, HD yayım və rəqəmsal yayıma CAM modul üzərindən qoşulan abunəçilər iştirak edirlər.

Lotereyanın şərtlərinə əsasən, davamlı olaraq hər il keçiriləcək lotereyada hədiyyə qazanmayan abunəçilər növbəti tirajda iştirak edəcəklər. Aksiyanın keçirilmə qaydalarına uyğun olaraq, artıq rəqəmsal yayımı izləyən abunəçilər və bu xidmətə qoşulan yeni abunəçilərin rəqəmsal dəstində olan Smart card-ın unikal nömrəsinin son 5 rəqəmi lotoreya biletində seriya nömrəsinə bərabər məlumat daşıyıcısı hesab olunur.

Lotereya çərçivəsində ilk tiraj 2011-ci ilin 20 dekabrında "Ailə TV info" kanalında yayımlanacaq. Uduşlar "Ailə TV"-nin Baş ofisində qaliblərə təqdim olunacaq. Lotereya hər bir abunəçi qalib olanadək davam edəcək.

Qeyd etmək lazımdır ki, abunəçilərin istək və təkliflərinə daima diqqətlə yanaşan "Ailə TV" "Ailə-yə qoşul LCD TV qazan" lotereyası ilə yanaşı, "Dost Gətir", "5 ay ödə 1 ay pulsuz izlə", "Pulsuz rəqəmsal qəbuledici qazan" kimi həvəsləndirici aksiyaları da həyata keçirir və bu aksiyalar bu gün də davam edir.

"Ailə TV" öz siyasətinə sadiq qalaraq bütün abunəçilərinin tele və radio yayımdan güzəştli əsaslarla faydalanması üçün daima müxtəlif həvəsləndirici kampaniyalar keçirir və bu kampaniyalar gələcəkdə də davam edəcək.

Xəbər lenti

Xəbər lenti