...

"Ailə TV" kabel televiziyası operatoru onlayn ödəniş sistemi tətbiq edir

Telekommunikasiya Materials 2 Dekabr 2011 11:09 (UTC +04:00)
"Ailə TV" kabel televiziyası operatoru abonentlərin xidmət haqqını ödəmələrini rahatlaşdırmaq məqsədi ilə onlayn ödəniş sistemi təbiq edəcək.
"Ailə TV" kabel televiziyası operatoru onlayn ödəniş sistemi tətbiq edir

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

"Ailə TV" kabel televiziyası operatoru abonentlərin xidmət haqqını ödəmələrini rahatlaşdırmaq məqsədi ilə onlayn ödəniş sistemi təbiq edəcək. Trend-in məlumatına görə, bu barədə operatorun cümə günü yaydığı məlumatda deyilir.

"Bu məqsədlə "Azeri Card" və "Golden pay" şirkətləri ilə razılıq əldə edilib və hazırda müvafiq texniki işlər görülür", - məlumatda deyilir.

Bu ödəniş sisteminin üstünlükləri ondan ibarətdir ki, abonentlər evindən çıxmadan internet vasitəsi ilə "Ailə TV"-nin rəsmi internet saytı olan http://aile.tv/ internet ünvanına daxil olacaqlar, "Visa", "Master Card", "Maestro Card" plastik kartları vasitəsi ilə ödəniş edəcəklər. Onlay ödəniş həyata keçirildikdən sonra "Ailə TV" kabel televiziyasının xidmətləri aktivləşəcək.

Onlayn ödənişlə yanaşı, abonentlər şəhərin müxtəlif nöqtələrində yerləşən elektron köşklər vasitəsi ilə də ödəniş həyata keçirə biləcəklər.

"Ailə TV" kabel televiziyası operatoru bu ilin sonuna kimi ödəniş kartlarını da satışa çıxarmağı planlaşdırır. Bundan əlavə, yaxın gələcəkdə "Ailə TV"-nin abonentləri SMS göndərmək vasitəsi ilə də ödənişlərini həyata keçirə biləcəklər.

Xəbər lenti

Xəbər lenti