...

Azercell-də Azərbaycanın "Eurovision 2012" təmsilçisi ilə görüş keçirilib

Telekommunikasiya Materials 28 Fevral 2012 18:17 (UTC +04:00)
"Azercell Telekom" MMC-nin ofisində Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsinin builki təmsilçisi Səbinə Babayeva ilə görüş baş tutub.
Azercell-də Azərbaycanın "Eurovision 2012" təmsilçisi ilə görüş keçirilib

Azərbaycan, Bakı, 28 fevral /Trend/

"Azercell Telekom" MMC-nin ofisində Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsinin builki təmsilçisi Səbinə Babayeva ilə görüş baş tutub.

Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, görüşdə MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə bu nüfuzlu mahnı müsabiqəsinin Bakıda keçirilməsindən və Azercell-in də bu yarışmanın bir hissəsi olmasından qürur duyduğunu bildirib. O, həmçinin, ölkəmizin təmsilçisi kimi məhz "Azercell-lə Yaşa, Daha Yaxşı Yaşa!" musiqi parçasının ifaçısı olan Səbinə Babayevanın seçilməsinin əlamətdar bir hadisə olduğunu qeyd edib və müğənninin bu müsabiqədə Azərbaycanı layiqincə təmsil edəcəyindən əminlik ifadə edərək ona yaradıcılıq uğurları arzulayıb.

Səbinə Babayeva təbrik və arzulara görə "Azercell" şirkətinə təşəkkür edib. İndiyə kimi dəfələrlə bir çox yarışmaların qalibi olan Səbinə xanım budəfəki yarışmanın hər kəs üçün daha çox önəm daşıdığını deyərək Azərbaycanın adını növbəti dəfə zirvəyə qaldırmağa çalışacağını bildirib. Görüşün sonunda gənc müğənniyə iPad planşeti və "Azercell" nömrəsi hədiyyə edilib.

Xatırladaq ki, "Azercell Telekom" MMC "Eurovision 2012" mahnı müsabiqəsinin baş sponsorudur. Azərbaycanda gözlənilən tədbirləri işıqlandırmaq məqsədilə şirkətə geniş pan-Avropa media, assosiasiya, tədbir və yeni media hüquqları verilib.

"Azercell" hər zaman Azərbaycanın və ölkəmizin mədəniyyətinin dünyada tanıdılmasına və təbliğ edilməsinə xüsusi əhəmiyyət verib və bu baxımdan Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi növbəti fürsət olacaq.

Xəbər lenti

Xəbər lenti