...

Azərbaycanda hər 100 nəfərə 48 fərdi kompüter düşür

Telekommunikasiya Materials 4 İyul 2012 18:49 (UTC +04:00)
Azərbaycanda hər 100 nəfərə 48 fərdi kompüter düşür. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda deyilir.
Azərbaycanda hər 100 nəfərə 48 fərdi kompüter düşür

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda hər 100 nəfərə 48 fərdi kompüter düşür. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda deyilir.

Aparılan son statistik hesablamalara görə, hazırda respublika üzrə hər 100 nəfərə 48, paytaxtda isə 78 fərdi kompüter düşür.

Nazirliyin məlumatına görə, Bakıda əhalinin 89,5 faizi internetdən istifadə edir, regionlarda isə bu göstərici 60 faizdən çoxdur.

Ümumilikdə, respublika üzrə internet istifadəçilərinin sayı 65 faizdir ki, bunun da 30 faizi genişzolaqlı internet istifadəçiləridir.

Mobil telefon istifadəçilərinin sayında dəyişiklik qeydə alınmayıb - ilin əvvəlindəki göstərici ilə eyni səviyyədədir. Belə ki, hər 100 nəfərə düşən mobil telefonların sayı 110-dur.

Xəbər lenti

Xəbər lenti