...

Azərbaycan və İran sərhədyanı ərazilərdə GSM mobil tezlik resurslarının paylanması məsələsini müzakirə ediblər

Telekommunikasiya Materials 1 Dekabr 2012 11:49 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Azərbaycanla İİR arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əlaqələrin möhkəmləndirilməsinə zəruri yardım göstərəcək. Trend-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşündə deyib.
Azərbaycan və İran sərhədyanı ərazilərdə GSM mobil tezlik resurslarının paylanması məsələsini müzakirə ediblər

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir H.Vəliyev /

İranın Azərbaycandakı səfiri Azərbaycanla İİR arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əlaqələrin möhkəmləndirilməsinə zəruri yardım göstərəcək. Trend-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşündə deyib.

Görüş zamanı radioverilişlər, radiotrziliklərin idarə olunması sahəsində mövcud məsələlərin həllində ölkələrin qarşılıqlı fəaliyyəti məsələlərinə baxılıb.

Nazirliyin rəhbəri sərhədyanı ərazilərində mobil GSM-ın tezlik resurslarının paylanması ilə bağlı məsələlərin həllinə ehtiyac olduğunu qeyd edib.

Tərəflər gələn il iki ölkə arasında ölkələr arasında İKT forumunun keçirilməsi barədə ilkin razılıq əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti