...

“Təmiz Şəhər” ASC Balaxanı Sənaye Parkının internet səhifəsini istifadəyə verib

Telekommunikasiya Materials 5 Mart 2013 13:52 (UTC +04:00)
“Təmiz Şəhər” ASC Balaxanı Sənaye Parkının rəsmi internet səhifəsini istifadəyə verib.
“Təmiz Şəhər” ASC Balaxanı Sənaye Parkının internet səhifəsini istifadəyə verib

Azərbaycan, Bakı, 5 mart /Trend /

"Təmiz Şəhər" ASC Balaxanı Sənaye Parkının rəsmi internet səhifəsini istifadəyə verib. Bu barədə Trend-ə cərşənbə axşamı ASC-dən daxil olan məlumatda qeyd olunub.

Rəsmi internet səhifəsi (www.bsp.az) ölkəmizdə tullantıların emalı sahəsində ilk sənaye parkının fəaliyyətinin işıqlandırılmasına xidmət edəcək.

İnternet səhifəsində sənaye parkının məqsəd və vəzifələri, potensial sahibkarlar üçün investisiya güzəştləri və faydaları haqqında geniş və müfəssəl məlumatlar yerləşdirilib. Sənaye parkı ilə maraqlananlar internet səhifəsində parkın infrastrukturu və üstünlükləri, bu sahədə qanunvericilik, investisiya güzəştləri, ölkəmizdə yaşıl biznesin inkişafı sahəsində irəliləyişlər, yeniliklər haqqında məlumat ala bilərlər. Həmçinin istifadəçilər sənədlər bölməsinə daxil olaraq sənaye parkının baş planı ilə tanış ola və ətraflı infrastruktur məlumatları əldə etmək üçün parkın elektron broşurunu yükləyə bilərlər.

Habelə yaşıl biznes sahəsində fəaliyyət göstərmək istəyən sahibkarlar elektron formanı dolduraraq onlayn şəkildə müraciət edə və Balaxanı Sənaye Parkında əlverişli şərtlərlə istehsal sənayelərini qura bilərlər.

Balaxanı Sənaye Parkı "Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında"Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 1947 nömrəli sərəncamına əsasən "Təmiz Şəhər" ASC tərəfindən təsis edilmişdir. Parkın yaradılmasında əsas məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqla ölkədə yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesinin inkişaf etdirməkdir.

Parkın başlıca faydaları bir istehsal sahəsinin tullantısının digər istehsal sənayesində xammal kimi istifadə olunması, təkrar emal nəticəsində təbii resurslara və enerjiyə qənaət olunması, xammal idxalı asılılığının azaldılması olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti