...

Azərbaycanda əhalinin güzəştli kateqoriyası üçün rəqəmsal dekoderlərin tədarükçüsü müəyyənləşib

Telekommunikasiya Materials 5 Fevral 2014 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir H.Vəliyev/

Əhalinin güzəştli kateqoriyasına rəqəmsal televiziya dekoderlərinin tədarükü ilə "Azərpoçt" MMC məşğul olacaq. Bunu çərşənbə günü Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.

Nazirlikdən deyiblər ki, hazırda hökumət dövlətdən sosial yardım alan əhali kateqoriyasına dekoderlərin pulsuz verilməsi imkanını nəzərdən keçirir.

Söhbət ünvanlı sosial yardım alan 132 min aztəminatlı ailədən gedir. Dekoderlərin istehsalına təqribən 5,4 milyon manat tələb olunur.

Yaxın vaxtlarda dövlət sifarişi əsasında bu qurğuların KÜR və PEYK zavodlarında kütləvi istehsalına başlanılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti