...

Azərbaycanın İKT sektoru üzrə gəlirləri 14 faiz artıb

Telekommunikasiya Materials 10 Fevral 2014 13:09 (UTC +04:00)
Azərbaycanın İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 2013-cü il ərzində 1 632,2 milyon manat təşkil edib ki, bu da inişilki göstəricini 14 faiz üstələyir.
Azərbaycanın İKT sektoru üzrə gəlirləri 14 faiz artıb

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 2013-cü il ərzində 1 632,2 milyon manat təşkil edib ki, bu da inişilki göstəricini 14 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin yekunlarına dair kollegiya iclasında açıqlanan hesabatda deyilir.

Nazirliyin məlumatına görə, İKT-nin ÜDM-də payı 1,9 faiz təşkil edib.

Hesabatda deyildiyi kimi, ötən il ərzində beynəlxalq internet kanallarının ümumi tutumu 10 Gbit/s artırılaraq 210 Gbit/s-ə çatdırılıb.

Hazırda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir.

Ölkədə mobil rabitə abunəçilərinin sayı 110 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti