...

"Nar Mobile" uşaq ədəbiyyatının inkişafına öz töhfəsini verdi

Telekommunikasiya Materials 29 Dekabr 2014 13:18 (UTC +04:00)
“Nar Mobile” “Day.az” xəbər portalı ilə birlikdə Azərbaycanda uşaq ədəbiyyatının inkişaf və təşviq etdirilməsi, eləcə də yeni nağıl qəhrəmanlarının yaradılması məqsədilə müasir uşaqların təxəyyülünə uyğun olan yeni müsabiqə elan etmişdi.
"Nar Mobile" uşaq ədəbiyyatının inkişafına öz töhfəsini verdi

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

"Nar Mobile" "Day.az" xəbər portalı ilə birlikdə Azərbaycanda uşaq ədəbiyyatının inkişaf və təşviq etdirilməsi, eləcə də yeni nağıl qəhrəmanlarının yaradılması məqsədilə müasir uşaqların təxəyyülünə uyğun olan yeni müsabiqə elan etmişdi. "SS Production" şirkətinin tərəfdaşlığı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə təşkil edilmiş müsabiqənin münsiflər heyətinə Azərbaycan Yazıçılar Birliyi Uşaq ədəbiyyatı bölməsinin müdiri Qəşəm Nəcəfzadə, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, uşaq yazıçıları - professor Zahid Xəlil, İlyas Tapdıq və Gülzar İbrahimova daxil ediliblər. Münsiflərin qərarı ilə müsabiqənin qalibi adına "Divə qalib gəlmiş Elşən" nağılının müəllifi olan Elman İsayev layiq görülüb. İkinci yeri Vüqar Haqverdiyevin qələmə aldığı "İbişin nağılı" tutub. Nərgiz Süleymanovanın "Azər və qızılpapaq" nağılı isə üçüncü olub.

Hər zaman elm, təhsil, mədəniyyət və ədəbiyyatın inkişafına dəstək verən "Nar Mobile" bu son dərəcə əhəmiyyətli müsabiqənin də sponsorluğunu öz üzərinə götürüb. Mobil operator ilk yerin sahibini "iPhone 5S" ilə mükafatlandırıb, 2-ci və 3-cü yeri tutan qaliblərə isə müvafiq olaraq "iPad mini" (16 GB) və Samsung mini-tableti təqdim edilib. Ən çox oxucu simpatiyası qazanan nağıl da mobil operator tərəfindən xüsusi olaraq "Nar-modem" və 6 aylıq pulsuz İnternet paketi ilə təltif ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti