...

Azərbaycanda tezliklər boşaldılacaq

Telekommunikasiya Materials 8 Fevral 2015 16:30 (UTC +04:00)
Azərbaycanın kabel operatoru ölkədə DVB-T rəqəmsal televiziya standartının tətbiq edilməsindən sonra mobil operatorlar üçün tezlikləri boşaltmağa hazırdır.
Azərbaycanda tezliklər boşaldılacaq

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın kabel operatoru ölkədə DVB-T rəqəmsal televiziya standartının tətbiq edilməsindən sonra mobil operatorlar üçün tezlikləri boşaltmağa hazırdır. Bunu Trend-ə "B&BTV Communications" şirkətinin rəhbəri Səbinə Babayeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda analoq televiziya yayımının dayandırılması tezlik spektrinin boşaldılması məsələsində vacib rol oynayacaq.

S.Babayeva qeyd edib ki, "B&BTV Communications"-un hazırda istifadə etdiyi tezliklər uzun müddətdir şirkətin idarəsindədir, lakin texnologiyalar köhnəlir və dəyişir: "Biz DVB-T rəqəmsal televizya standartının tətbiqinə hazırlaşırıq, bunun üçün digər tezlik diapazonunun mövcudluğu tələb olunur. Bunu analoq yayım dayandırıldıqdan sonra əldə edə bilərik. Müvafiq olaraq, zəruri tezliklər alındıqdan sonra mobil operatorlar üçün indiki tezliklərimizi boşaltmağa başlayacağıq".

O əlavə edib ki, şirkət çevik siyasət yürütməyə çalışır və mobil operatorlara inkişaf etmək imkanı verib.

Qeyd edək ki, söhbət DVB-T standartında iş tələb olunan 700-900 meqahers tezlik diapazonundan gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti