...

3 ayda 43 ədəd qeydiyyatsız radioelektron vasitə aşkarlanıb

Telekommunikasiya Materials 3 Aprel 2015 11:22 (UTC +04:00)
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Radiotezliklər İdarəsi 2015-ci ilin yanvar-mart aylarında ölkədə qeydiyyatdan keçməyən 43 radioelektron vasitəsi (REV) aşkarlayıb.
3 ayda 43 ədəd qeydiyyatsız radioelektron vasitə aşkarlanıb

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Radiotezliklər İdarəsi (DRİ) 2015-ci ilin yanvar-mart aylarında ölkədə qeydiyyatdan keçməyən 43 radioelektron vasitə (REV) aşkarlayıb.

Qurumdan Trend-ə verilən məlumata görə, radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) tərəfindən 2015-ci ilin 3 ayı ərzində iş planına və DRİ-yə daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə (REV) müvafiq qaydada texniki baxış keçirilərək 137 akt tərtib edilib.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 43 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb ki, onların 5 ədədi möhürlənib, 38 ədədinin isə qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 5 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti