...

Azərbaycanda yeni mobil elektron ödəniş metodu tətbiq edilib

Telekommunikasiya Materials 9 Mart 2016 17:10 (UTC +04:00)
"Goldenpay" şirkəti (Azərbaycanın ödəniş sistemi) USSD komandaları vasitəsilə xidmətlərin ödəniş sistemini tətbiq edib.
Azərbaycanda yeni mobil elektron ödəniş metodu tətbiq edilib

Bakı. Hüseyn Vəliyev - Trend:

"Goldenpay" şirkəti (Azərbaycanın ödəniş sistemi) USSD komandaları vasitəsilə xidmətlərin ödəniş sistemini tətbiq edib. Bunu Trend-ə şirkətin direktoru Fərid İsmayılzadə deyib.

Onun sözlərinə görə, hazırda xidmət "Bakcell" və "Azerfon" ("Nar" ticarət markası) mobil rabitə operatorlarının abonentləri üçün əlçatandır.

Yaxın vaxtlarda xidmət "Azercell" abonentləri üçün də əlçatan olacaq.

Yeni ödəniş metodundan mobil qurğular vasitəsilə Lite.hesab.az ünvanı üzrə istifadə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti