Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçılara 191,8 milyon manat dəyərində kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları satılıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 milyon manat və ya 15,1% çoxdur.
Kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 1,3% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən, 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb
2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artıb.