...

Rabitə Nazirliyinin rəhbərliyi "Avropa Hökumət və IT texnologiyaları sahəsi üzrə Rəhbərləri Forumu-2006"nda iştirak edib

Telekommunikasiya Materials 6 Fevral 2006 12:33 (UTC +04:00)

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Portuqaliya hökumətinin və Microsoft şirkətinin rəhbərliyinin dəvəti ilə Lissabona gedib. Trend in verdiyi məlumata görə, bu barədə Rabitə Nazirliyinin fevralın 6-da yaydığı press-relizdə məlumat verilib.

Səfərdə məqsəd Microsoft -un yardımı ilə yanvarın 30-dan fevralın 3-nə kimi keçirilən "Avropa Hökumət və IT texnologiyaları sahəsi üzrə Rəhbərləri Forumu-2006"da iştirakdır.

Nazir Microsoft şirkətinin rəhbərliyi, eləcə də dünyanın müxtəlif regionlarından rəhbər şəxslərlə görüşlər keçirib. Tədbirdə Microsoft-un prezidenti Bill Qeyts də iştirak edib. Hökumət nümayəndələri üçün xüsusi təşkil olunmuş görüşdə Azərbaycanda İT sahəsinin vəziyyəti müzakirə olunub.

Görüş iştirakçıları Azərbaycan hökumətinin yardımı ilə informasiya texnologiyaları sahəsində həyata keçirilən işləri yüuksək qiymətləndiriblər.

Rabitə sahəsində perspektiv əməkdaşlıq məsələləri üzrə məsələlər Bolqarıstanın dövlət administrasiyası və inzibati islahatlar naziri Nikolay Vasilyev, Portuqaliyanın təhsil, texnologiya və elm naziri Joze Qaqo, Çexiyanın informatika naziri Lan Berov, Macarıstanın informatika və informasiyalaşdırma naziri Koyak Kayman, Bosniya və Hersoqovinanın elm və texnologiyalar naziri Fuad Turaviçin, Finlandiyanın dövlət naziri Cyuhan Turmen və Latviyanın elektron hökuməti üzrə nazir Yanis Riyerslə görüşlərdə müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti