...

Naxçıvan MR rabitəsinin TAE magistralına qoşulması prosesi başa çatıb

Telekommunikasiya Materials 12 İyun 2006 11:09 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında rabitənin Trans-Asiya-Avropa fiber-optik magistralına qoşulması prosesi başa çatıb. Trend in NMR-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına istinadən xəbər verdiyi kimi, ötən ilin sonunda Culfadan Naxçıvanadək fiber-optik magistralının inşası başa çatdıqdan sonra Almaniyanın Siemens şirkəti ilə bağlanmış müqaviləyə əsasən multipleksorlar alınıb və may ayında quraşdırılmağa başlanıb.

İki şəbəkə - Naxçıvan-Bakı arası STMİ səviyyəli tranzit şəbəkə və muxtar respublikanın ərazisi ilə optik magistral boyunca SDH şəbəkəsi istifadəyə verilib. Birinci şəbəkə videokonfrans, müxtəlif data kanalları və s. yaradılması üçün kifayət qədər ehtiyata malikdir. İkinci şəbəkə Babək, Culfa, Nehrəm, Əbrəqunus, Gülüstan mərkəzi ATS-ni əhatə edir.

NMR Rabitə Nazirliyi və Türktelecom arasında bağlanmış sazişə əsasən TAE magistralının NMR ərazisindən keçməklə Türkiyə şəbəkəsinə qoşulmasına dair razılaşma əldə olunub.

Xəbər lenti

Xəbər lenti