...

Azərbaycan və Maltanın FİM Bankı arasında məhkəmə davası uzanır

Telekommunikasiya Materials 21 İyun 2006 14:20 (UTC +04:00)

Azərbaycan və Maltanın First International Merchant Bank (FIM Bank) arasındakı məhkəmə işi uzanır. Bank, guya Rabitə Nazirliyi və Pochtbank AKB-nın zəmanəti altında Rabitə Nazirliyinin mövcud olmayan müəssisələri Aztell-ə 3035000 ABŞ dolları və Baktell-ə 1560000 ABŞ dolları məbləğində verilmiş kreditin ödənilməməsi faktı üzrə ölkə hökümətinə qarşı iddia irəli sürüb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hüquq və kadr şöbəsinin başçısı Bəxtiyar Məmmədovun Trend ə verdiyi xəbərə görə, Rotterdam dairə məhkəməsi şahidlərin şifahi dinlənməsi və hər iki tərəfin şifahi izahatının keçirilməsi üzrə FİM Bankın ərizəsini təmin edib.

"Hazırda bunun necə həyata keçiriləcəyi aydın deyil. Məhkəmə Rotterdam məhkəməsinə gəlmək və ifadə vermək üçün işdə adı çəkilən şəxslərə xəbərdarlıq məktubu göndərə bilər. Biz güman edirik ki, şahidlərin Rotterdamda ifadə verməsi real deyil", - deyə Rabitə nazirliyinin mütəxəssisi qeyd edib.

Azərbaycan tərəfi göstərilən vəziyyətləri qəbul edərək, dinləmələrin Niderlandda deyil, Azərbaycanda keçirilməsinə dair məhkəməyə təklif təqdim edib.

Bundan başqa, Paris məhkəməsində də vəziyyət yaxşı deyil. Bu məhkəmənin qərarı ilə Azərbaycan tərəfinin Fransanın Eutelsat S.A. şirkətinə qoyduğu 500 min səhminə və onların 1 milyon ABŞ dolları məbləğində dividendlərinə həbs qoyulub. Bu işlə məşğul olan hakim sağlamlıq vəziyyətinə görə başqası ilə əvəz olunub. Yeni hakim isə ən azı 2 ay onun üçün yeni olan məhkəmə istintaqını öyrənəcək.

"Hazırda biz gələn məhkəmə iclasının vaxtının təyin olunmasını gözləyirik", - deyə şöbə rəisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti