...

Yevlax Telekommunikasiya Qovşağı tender elan edib

Telekommunikasiya Materials 10 Noyabr 2006 15:27 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İB-nin Yevlax Telekommunikasiya Qovşağı rayonun kəndlərində yeni elektron avtomat telefon stansiyalarının quraşdırılması üzrə tender elan edib. Trend in xəbər verdiyi kimi, Havarlı kəndində 256/30, Hacıselli və Hürüuşağı kəndlərində isə 192/30 nömrə tutumlu EATS quraşdırılmalıdır.

Təkliflər noyabrın 24-dən gec olmayaraq TKQ-də qəbul olunacaq. Yevlaxda və Azərbaycanın digər bölgələrində yeni EATS-in quraşdırılması üzrə işlər "Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı" və "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilir.

Azərbaycan Rabitə Nazirliyinin əsas müəssisəsi olan Aztelekom İB bütün respublika ərazisində, o cümlədən Bakı və Naxçıvan MR-də beynəlxalq və şəhərlərarası telefon rabitəsini təmin edir. Beynəlxalq rabitənin yeganə operatoru olan İB təbii inhisarçıdır. 54 telekommunikasiya müəssisəsi, Bakı Şəhərlərarası Telefon Qovşağı, Kabel Magistral Texniki Qovşağı və Təmir-Tikinti İdarəsi İB-in tabeliyindədir.

Xəbər lenti

Xəbər lenti