...

Abşeronda NGN şəbəkəsinin yaradılması ilə bağlı elan edilmiş tenderin müddəti uzadılıb

Telekommunikasiya Materials 31 Yanvar 2007 11:38 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Aztelekom" İstehsalat Birliyinin (İB) Abşeron Telekommunikasiya Şəbəkəsi (TKŞ) NGN (Next Generation Network) şəbəkəsinin yaradılması ilə bağlı elan edilmiş tenderin bağlanması müddətini uzadıb.

TKŞ-ya istinadən Trend xəbər verir ki, tenderdə iştirak üçün cəmi 2 şirkət ərizə ilə müraciət etdiyindən, marağı olan şəxslər ərizələri hələ fevralın 22-nə qədər təqdim edə bilərlər. Tender təklifləri olan zərflərin açılması fevralın 223-də TKŞ-də keçiriləcək. Tenderdə iştirakın dəyəri 3 min manatdır.

NGN (növbəti nəsil şəbəkəsi) universal bir şəbəkədir, söhbətin, təsvir və məlumatların paketlərin kommutasiyasından istifadə edilməklə ötürülməsi üçün nəzərdə tutulub. NGN müxtəlif növ telekommunikasiya trafiki üçün lazım olan xidmətin yüksək keyfiyyətini təmin edir. Bu texnologiyanın tətbiq edilməsi abunəçilərə IoIP-telefoniya, səsli poçt, məlumatların ötürülməsi, multimedia kimi xidmətləri, virtual özəl şəbəkə, məlumatların ani zaman kəsiyində mübadiləsi, interaktiv nitq cavabı sistemi xidmətlərini, interaktiv oyunlar, ev meneceri və s. təklif edir.

Xəbər lenti

Xəbər lenti